“Müqavilə ilə bağlı məsələlərin onları narahat etmədiyini düşünürəm” – Tuxel
Fransanın PSJ klubunun baş məşqçisi Tomas Tuxel futbolçuları Tiaqo Silva və Tomas Munye ilə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, müqavilələri cari mövsümün sonunda başa çatacaq futbolçularla bağlı danışan 46 yaşlı mütəxəssis, bunları deyib:
“Bu futbolçuların inamını və gücünü hiss edirəm. Tiaqo komandanın kapitanıdır, onunla bağlı heç nə dəyişməyib. Eyni hal Tomasa da aiddir. Onların hər ikisi peşəkar futbolçudur. Tomas çox oynayır, o, bizim üçün vacib futbolçudur. Həm Tiaqo, həm də Tomas əla vəziyyətdədir və onların burda olduqlarına şadam. Müqavilə ilə bağlı məsələlərin onları narahat etmədiyini düşünürəm. Baş məşqçi müqavilələrə görə məsuliyyət daşımır. Bu, menecerlərdən, futbolçulardan və klubdan asılıdır. Bir neçə seçim imkanımız var, amma bu futbolçularla bağlı mənim üçün heç nə dəyişmir”.
Bir müddət əvvəl PSJ-nin Tiaqo Silva ilə yeni müqavilə imzalamayacağı haqqında xəbərlər yayılmışdı.
Bizi Facebook-da izləyin