
İngiltərəli futbolçu “Real”la “Barselona”nın “radar”ındadır
“Kristal Pelas”ın müdafiəçisi Mark Que “Real” və ya “Barselona”ya keçmək üçün klubu ilə müqaviləsini vaxtından əvvəl pozmağa hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
İspaniyanın hər iki klubu 24 yaşlı futbolçu ilə maraqlanır. Que özü daha çox “Real”a keçməyə üstünlük verir. Ancaq ingiltərəli müdafiəçini heyətinə qatmaq istəyən klub onun müqaviləsini vaxtından əvvəl pozmaq üçün “Kristal Pelas”a 50 milyon funt sterlinq ödəməlidir.
Mark Que cari mövsümdə bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



