Müqaviləsi uzadılacaq – Razılaşıblar

“Arsenal”ın qapıçısı Aaron Ramsdeyl klubla yeni müqavilə imzalayacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli qolkiperin sözləşməsi 2028-ci ilin yayına qədər uzadıla bilər. Bununla bağlı şifahi razılıq əldə olunub.

Ramsdeyl 2021-ci ilin yayında “topçular”a keçib. Cari mövsümdə o, İngiltərə Premyer Liqasında 35 oyuna çıxıb, 39 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button