Tanınmış futbolçu “Avropaya qayıtmıram” dedi

“Los-Anceles”in hücumçusu Son Hın Min şayiələrə baxmayaraq, Avropaya qayıtmayacağını bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, heç bir icarə variantı və ya transfer olmayacağını deyib:

“Müqaviləm qüvvədə olduğu müddətdə bu qış və ya heç vaxt “Los-Anceles”dən ayrılmayacam. Klubuma hörmət edirəm. Heç bir icarə variantı və ya transfer olmayacaq”.

Bu yaxınlarda mətbuatda cənubi koreyalı futbolçunun yanvar ayında Avropa klublarından birinə icarəyə verilə biləcəyi barədə xəbərlər yayılıb. Son Hın Min avqustun əvvəlində 22 milyon avroya “Tottenhem”dən ABŞ klubuna keçib. Onun “Los-Anceles”lə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button