Premyer Liqa klubu Byelsa ilə danışıqlara başlayıb
“Lids”in keçmiş baş məşqçisi Marselo Byelsa “Bornmut”u çalışdırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Skira “tvitter” hesabında məlumat yayıb:
“Bornmut” yeni baş məşqçisi Marselo Byelsa ilə müqavilə bağlamaq üçün danışıqlara başlayıb. Klub baş məşqçiyə müqavilənin 2024-cü ilə qədər uzadılmasını təklif edib”.
Argentinalı mütəxəssis 2022-ci ilin fevralında “Lids”i tərk edib.
“Bornmut” hazırda Premyer Liqada 14 oyundan sonra 13 xalla 17-ci yerdədir. Komanda “Liverpul”a 0:9 hesabı ilə məğlub olduqdan sonra keçmiş baş məşqçi Skott Parkerlə yollarını ayırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin