“Müqavilə imzaladım, bir saat sonra agentim dedi ki, “Qarabağ”dan zəng vurublar”

“ML Vitebsk” klubunun və Belarus millisinin müdafiəçisi Zaxar Volkovun bu mövsüm “Qarabağ”da oynamaq imkanı olub.

Komanda.az xəbər verir ki, o, bu barədə ölkəsinin mətbuatına müsahibəsində deyib:

“ML Vitebsk” ilə müqavilə imzaladım, bir saat sonra agentim zəng etdi. Dedi ki, “Qarabağ”dan zəng vurublar. Cavab verdim ki, artıq razılaşmışam, söz vermişəm, ona görə də şans yoxdur, qərarımı dəyişməyəcəm”.

Volkov bu yay “Vitebsk” klubuna Rusiya “Arsenal”ından keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button