“Bu kabusdan xilas olduğum üçün rahat nəfəs ala bilirəm”
Müqavilə ilə “Vulverhempton” klubuna məxsus olan, icarə əsasında “Fiorentina”da çıxış edən Patrik Kutrone açıqlama verib.
Komanda.az xəbər verir ki, “The Sun” nəşrinə açıqlama verən 22 yaşlı hücumçu, koronavirusla mübarizəsindən danışıb:
“Vulverhempton”dan bir çox komanda yoldaşım mənimlə maraqlanırdı. Onlar mənim üçün narahat olmuşdular. Onlara minnətdaram. Martın əvvəlində temperaturum yüksəldi, boğazım da ağrıyırdı. Əvvəlcə virus olduğumu bilmirdim, test verdikdən sonra nəticələr bilindi. Bu, heç kimin bilmədiyi virusdur. Ailəmə, dostlarıma görə narahat olmuşdum. Onlara yoluxdurduğumu bilmirdim. Ancaq bir neçə gündən sonra vəziyyətim yaxşılaşmağa başladı. Sonra test verdim və nəticə mənfi oldu. Bu kabusdan xilas olduğum üçün rahat nəfəs ala bilirəm”.
Bizi Facebook-da izləyin