“Zidan ayrılmağımı istəmirdi”
Müqavilə ilə “Real”a məxsus olan, icarə əsasında “Bavariya”da çıxış edən Alvaro Odriosola açıqlama verib.
Komanda.az xəbər verir ki, “goal.com”a danışan 24 yaşlı müdafiəçi, “Real”dan “Bavariya”ya keçidiylə bağlı bunları deyib:
“Gedişimlə bağlı danışmaq vaxtı gələndə baş məşqçimiz Zinəddin Zidanla bir neçə dəfə görüşdüm və o məni dəstəklədi. Sonra mənə “Bavariya”dan təklif gəldi. Zidan ayrılmağımı istəmirdi. Onun kimi bir insanın özü haqda yox, daha çox mənimlə bağlı düşündüyü üçün ona təşəkkür edirəm. O, əla məşqçi və yaxşı insandır”.
Odriosola mövsümün sonunadək “Bavariya”ya icarəyə verilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin