“Barselona” ona başqa klublarla danışıqlar aparmağa icazə verdi
Müqavilə ilə “Rapid”ə (Avstriya) məxsus olan, icarə əsasında “Barselona”da çıxış edən Yusuf Demir klubu tərk edə bilər.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Kataloniya təmsilçisinin 18 yaşlı yarımmüdafiəçinin performansından narazı olduğu bildirilib.
Yusufla Almaniya klubları maraqlanır. “Barselona” gənc oyunçunun digər klublarla danışıqlar aparmasına icazə verib.
Demir bu mövsüm La Liqada 6 oyuna çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin