“İnter” ingilis yarımmüdafiəçi ilə maraqlanır
Müqavilə ilə “Mançester Yunayted” klubuna məxsus olan, icarə əsasında “Vest Hem”də çıxış edən Cessi Linqard karyerasını İtaliyada davam etdirə bilər.
Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi ilə “İnter” klubu maraqlanır. Bu barədə ESPN məlumat yayıb. “İnter” yayda Linqardı transfer etməyə çalışacaq.
“Vest Hem”də sərgilədiyi oyunla diqqətləri üzərinə çəkən Linqardla Fransanın PSJ və İspaniyanın “Real” klubları da maraqlanır.
İngilis yarımmüdafiəçi “Vest Hem”lə 12 oyunda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin