Premyer Liqa klubu Sançeslə danışıqlara başladı
Müqavilə ilə “Mançester Yunayted”ə məxsus olan, icarə əsasında “İnter”də çıxış edən Aleksis Sançes İngiltərəyə qayıtmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçuyla “Vest Hem” klubu maraqlanır. Bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, Premyer Liqa klubunun Sançesi Londona gətirmək üçün artıq danışıqlara başladığı bildirilib.
Mövsümün sonuna qədər “İnter”lə icarə müqaviləsi olan Sançesin çıxışı milanlıları razı salmayıb. Buna görə də, “neradzurra” hücumçuyla yeni sözləşmə imzalamayacaq.
Sançesin “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilin yayına qədərdir. “Qırmızı şeytanlar” hücumçunun komandadan ayrımasına müsbət yanaşır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin