Kavaninin verdiyi söz
İtaliyanın “İnter” klubunun heyətinə qatmaq istədiyi PSJ-nin hücumçusu Edinson Kavani açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu, müqaviləsinin sonuna qədər PSJ-də qalacağını deyib:
“Müqaviləmin sonuna qədər PSJ-də qalacağıma söz vermişəm. Bu, dəqiqdir. Hazırda yeni müqavilə haqqında düşünmürəm. Çünki klubla aramızda heç bir danışıq olmadı. Bildiyim bir şey var ki, PSJ üçün əlimdən gələni etməyə davam edəcəm.
Gələcəkdə Uruqvaya qayıtmağa qərar verə bilərəm, amma futbolda hər şey sənə bağlı deyil”.
32 yaşlı futbolçunun Paris təmsilçisi ilə müqaviləsi 2020-ci ilədək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin