1 saatın hökmü
Müqavilə ilə “Barselona”ya məxsus olan, hazırda icarə əsasında “Beşiktaş”da çıxış edən Miralem Pyaniç açıqlama verib.
Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan bosniyalı yarımmüdafiəçi, “Beşiktaş”dan təklif gələndə fikirləşmək üçün bir saatının olduğunu deyib:
“Hər şey son dəqiqədə reallaşdı. “Beşiktaş”ın təklifini dəyərləndirmək üçün cəmi bir saatım vardı. Ya qəbul edəcəkdim, ya da “Barselona”da qalacaqdım. “Barselona”da işlərin mənim xeyrimə olmayacağını bilirdim. Baş məşqçi Ronald Kuman dəyişməyəcəkdi.
“Barselona”dan ayrılmaq qərarını verəndə rəhbərlikdən mənimlə əlaqə saxladılar və fikrimə hörmətlə yanaşdıqlarını dedilər. Özüm də onlara nə üçün az şans qazandığımı başa düşmədiyimi dedim. Mənə uğurlar arzuladılar. Hər nə isə, gələn ilin iyun ayında yenidən “Barselona”da görüşəcəyik”.
“Beşiktaş” Pyaniçi “Barselona”dan bir illik icarəyə götürüb.
Bizi Facebook-da izləyin