“Münhendə özümü rahat hiss edirəm” – Sane
“Bayern”in vingeri Leroy Sane gələcəyindən danışıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, alman futbolçu Münhen klubunda özünü rahat hiss etdiyini bildirib:
“Mən artıq bu barədə Kristof Freundla (“Bayern”in idman direktoru) danışmışam, hər şey qaydasındadır. Yenidən görüşməyə razılaşdıq. Sonda nə olacağını görəcəyik. Ailəniz olanda onlar üçün də qərarlar verirsiz. Hazırda bizim üçün hər şey çox, çox yaxşı gedir. Münhendə özümü rahat hiss edirəm”.
Daha əvvəl 28 yaşlı Sanenin “Bayern”lə yeni müqavilə imzalamaq üçün agentini dəyişdiyi bildirilirdi.
Alman futbolçu bu mövsüm bütün yarışlarda 27 matçda iştirak edib, 9 qol vurub, 11 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin