“Mümkünsüz heç nə yoxdur” – “Braqa”nın hücumçusu
Portuqaliyanın “Braqa” komandasının hücumçusu Simon Banza “Qarabağ”a qarşı Bakıda keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu bu gün Bakıda baş tutan mətbuat konfransında ilk görüşdəki 2:4 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlarını bildirib:
“İlk oyunda məğlub olmuşduq. Rəqib yaxşı komandadır. Amma hazırda çox istəkliyik. Mümkünsüz heç nə yoxdur. Brumanın dönməsi komanda üçün sevindirici haldır. O, fərqli oyunçudur. Həm qol vurmağı, həm assist etməyi bacarır. Ümid edirəm ki, Bruma sabah mənə bir assist edəcək. Yaxşı oyunla növbəti mərhələyə adlamaq istəyirik”.
Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyununa saat 21:45-də start veriləcək.
Bizi Facebook-da izləyin