“Mümkün qədər oynamağa davam etməyə çalışacam!” – Müller
“Bayern”in hücumçusu Tomas Müller gələcəyi ilə bağlı fikirlərini bildirib.
Komanda.az “German Sky”-a istinadən xəbər verir ki, almaniyalı futbolçu mümkün qədər oynamaq istədiyini deyib:
“Futbol mənim sevgim və həvəsimdir. Buna görə də, mümkün qədər oynamağa davam etməyə çalışacam!”
34 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin ortalarına qədərdir. Bundan əvvəl, 2024-cü il Avropa çempionatından sonra o, Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
Müller “Bayern”in heyətində müxtəlif yarışlarda 707 rəsmi oyun keçirib, 242 qol vurub və 268 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin