
Müllerin İtaliyadan təklifi var
Tomas Müller cari mövsümün sonunda “Bayern”i tərk edəcək. Klub rəhbərliyi ona yeni müqavilə təklif etmək niyyətində deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı hücumçunun İtaliya klublarından birindən təklifi var, ancaq Müllerin özü ABŞ-a köçməyə daha çox meyllidir.
Almaniyalı forvardın cari mövsümün sonunda karyerasını bitirməsi də mümkündür. O, “Bayern”in yetirməsidir və 2009-cu ildən bu klubun əsas komandasında çıxış edir. Onun müqaviləsinin müddəti bu ilin yayında başa çatacaq.
Müller cari Bundesliqa mövsümündə 24 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin