
Müller getdi, “Bayern”i səssizlik bürüdü
Tomas Müller yay transfer dönəmində “Bayern”lə yollarını ayıraraq karyerasını Kanadanın “Vankuver” klubunda davam etdirməyə qərar verib.
36 yaşlı hücumçunun gedişi Münhen təmsilçisinin daxili atmosferinə də təsirsiz ötüşməyib.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı forvard komandanın ən “səs-küylü” və enerjili üzvlərindən biri olub. “Bayern”in paltardəyişmə otağı onun yoxluğunda daha sakitləşib.
Hazırda komandada liderlik missiyasını Manuel Noyer, Coşua Kimmix və Harri Keyn üzərlərinə götürüblər. Maraqlıdır ki, xaraktercə sakit görünən, amma çox danışan futbolçulardan biri kimi ötən il komandaya qoşulan Mikael Olise də göstərilir.
Sakit atmosferə baxmayaraq, “Bayern” bu mövsüm əla nəticə göstərir. Komanda keçirdiyi bütün 10 rəsmi oyunda, həmçinin, 6 Bundesliqa matçında qələbə qazanıb.
Bizi Facebook-da izləyin



