“Bayern”in futbolçusunun atı Paris-2024-də qalib gəlib

“Bayern”in hücumçusu Tomas Müller Parisdə keçirilən Olimpiya Oyunlarında alman çapar Kristian Kukukun qələbəsində iştirak edib. Kukuk “Dama” adlı atla qalib gəlib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Dama”nın hazırlanmasında Müllerin əli olub. Belə ki, 34 yaşlı futbolçu tövlə sahibidir və o, həyat yoldaşı ilə birlikdə, “Dama” da daxil olmaqla, bir neçə ata qulluq edir.

İkinci yeri isveçrəli Stiv Gerda, üçüncü yeri Niderland təmsilçisi Maykel van der Vleuten tutub.

Paris Olimpiadası avqustun 11-dək davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button