Müllerdən Tuxellə Höness arasındakı münaqişə ilə bağlı açıqlama
“Bayern”in hücumçusu Tomas Müller komandanın baş məşqçisi Tomas Tuxellə Münhen klubunun prezidenti Uli Höness arasında yaranan münaqişəni şərh edib.
Komanda.az “Sky Germany”-a istinadən xəbər verir ki, o, bunu deyib:
“Uli Höness açıqlama versə idi və heç kim ondan heç nə soruşmasaydı, heç bir səs-küy olmayacaqdı”.
Höness daha əvvəl Tuxelin yalnız hazır futbolçular aldığını, lakin gənc oyunçular yetişdirmədiyini söyləyib. Tuxel Hönessin sözlərini təkzib edərək, onu təhqir etdiyini bildirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin