Alman futbolçu ərəblərin təklifinə “yox” deyib
“Bayern”in hücumçusu Tomas Müller Səudiyyə Ərəbistanı klubuna keçməkdən imtina edib.
Komanda.az “Bayern Insider”-ə istinadən xəbər verir ki, ona üç illik müqavilə təklif edilsə də, almaniyalı forvard karyerasını bu ölkədə davam etdirmək istəmədiyini bildirib.
33 yaşlı Müller 2009-cu ildən Münhen təmsilçisində çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
O, 2022/23 mövsümündə “Bayern”in heyətində 40 oyuna çıxıb, 8 qol vurub və 12 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin