Müller Ronaldonun rekordunu təkrarladı
“Bayern”in hücumçusu Tomas Müller cari mövsümdə Çempionlar Liqasında ilk qolunu vurub. 35 yaşlı forvard ümumi mərhələnin 6-cı turunda, “Şaxtyor”la qarşılaşmada hesabı 2:1-ə (5:1) çatdırıb.
Komanda.az “Opta”-ya istinadən xəbər verir ki, Müllerin Çempionlar Liqasında azı bir qol vurduğu mövsümlərin sayı artıq 16-ya çatıb. Bu göstərici ilə o, Kriştiano Ronaldo və Rayan Giqqz ilə eyni səviyyədədir. Siyahıda onların önündə yalnız Lionel Messi və Kərim Benzema dayanır – hər iki futbolçu Çempionlar Liqasında 18 fərqli mövsümdə qol vurub.
Tomas Müller Çempionlar Liqasında debütünü 2009-cu ildə, “Bayern”i Yurgen Klinsmann çalışdırdığı dövrdə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin