“Bayern”in Müller üçün şərti var

“Bayern”in hücumçusu Tomas Müller ən azı daha bir mövsüm komandada qala bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mühen klubu ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı futbolçuya rəhbərlik 2026-cı ilin ortalarına qədər olan yeni sözləşmə təklif etməyi planlaşdırır.

Əsas şərtlərdən biri odur ki, Müller maaşının azaldılmasına razı olmalıdır. “Bayern” hələ onun niyyətindən əmin deyil.

Almaniyalı forvard bu mövsüm 22 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə edib. O, ümumilikdə Münhen klubunun formasında 700-dən çox matç keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button