
Müller qərarsızdır
“Bayern”in hücumçusu Tomas Müller mövsüm bitdikdən sonra klubda qalıb-qalmaması ilə bağlı hələ qərar verməyib.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Münhen klubundan ayrılacağı təqdirdə, başqa bir Avropa komandasında oynamayacaq.
2026-cı ildə dünya çempionatının ABŞ, Kanada və Meksikada keçiriləcəyini nəzərə alsaq, 35 yaşlı forvard MLS-də oynamaq perspektivində maraqlıdır.
Müllerin klubla hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatacaq. O, həmçinin karyerasını bitirmək ehtimalını da istisna etmir.
Almaniyalı futbolçu peşəkar karyerası boyunca “Bayern”i təmsil edib. O, cari mövsümdə Vensan Kompaninin komandasında 11 matçda 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin