
Müller milli karyerasını bitirdi
34 yaşlı hücumçu Tomas Müller Almaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu bu barədə “YouTube” kanalındakı videomüraciətində bildirib:
“Almaniyanı təmsil etməkdən həmişə fəxr etmişəm. Hər kəsə təşəkkür etmək istəyirəm. İndi tribunada komandanı dəstəkləyəcəm”.
Müller 2010-cu ildən Almaniya millisində çıxış edirdi. O, ümumilikdə Bundestimdə 131 oyun keçirib, 45 qol vurub.
34 yaşlı forvardın komandası 2024-cü il Avropa çempionatında 1/4 finala yüksəlib. Bu mərhələdə Almaniya millisi İspaniya yığmasına 1:2 hesabı ilə məğlub olaraq, mübarizəni dayandırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin