Müller: “Mançester Yunayted” istədiyim klub deyil”

Hücumçu Tomas Müller komandanın Klublararası dünya çempionatındakı çıxışından sonra “Bayern”i tərk edəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçudan bu yay “Mançester Yunayted”ə keçməyə hazır olub-olmayacağı soruşulub. Almaniyalı forvard bu suala belə cavab verib:

“Mançester Yunayted”ə getmək? Mən dəfələrlə bu barədə düşünmüşəm. Yoxsa, indini nəzərdə tutursuz? Xeyr, yox. Mən onların istədikləri futbolçu deyiləm və onlar mənim istədiyim klub deyil. Onlar da əylənməyəcək, mən də əylənməyəcəm. Ona görə də, bu, bir seçim deyil”.

Müller “Bayern”in heyətində 755 oyun keçirib, 250 qol vurub və 276 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button