Müller üçün ABŞ və Avropa seçimi

Tomas Müller karyerasını ABŞ-da davam etdirmək variantını nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu ilə MLS təmsilçisi “Los-Anceles” maraqlanır.

Bu, mövsümün sonunda “Bayern”dən ayrılacağını rəsmi şəkildə açıqlayan almaniyalı futbolçu üçün MLS-ə getmək mümkün seçimlərdən biridir. Deyilənə görə, ona həmçinin, adları açıqlanmayan Avropanın iki klubundan da təkliflər gəlib.

Təcrübəli oyunçu hazırda karyerasını başa vurmaq və ya yeni bir çempionatda çıxış etmək barədə qərar vermək üçün fasilə götürüb.

Müller cari mövsümdə 43 oyunda iştirak edib, 6 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button