Müller karyerasını bitirməyi düşünür

“Bayern”in hücumçusu Tomas Müller futboldan getməyi ciddi şəkildə düşünür.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Bayern” rəhbərliyi almaniyalı forvarda oynamağa davam etmək qərarına gələrsə, müqaviləni uzatmağa hazır olduqlarını artıq bildirib. Ancaq Müller karyerasını bitirməyə meyllidir.

Yekun qərarın apreldə veriləcəyi gözlənilir. Müllerin Münhen klubu ilə hazırkı müqaviləsi yayda başa çatacaq.

35 yaşlı forvard bu mövsüm “Bayern”in heyətində 24 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button