Müller İtaliya klubunun təklifindən imtina edib

Mövsümün sonunda “Bayern”dən ayrılacaq Tomas Müller İtaliya çempionatına keçməkdən imtina edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı hücumçunun xidmətində “Fiorentina” maraqlıdır. Florensiya klubu Müllerə rəsmi təklif göndərib, ancaq o, bundan imtina edib.

35 yaşlı forvard 2009-cu ilin iyulundan “Bayern”də çıxış edir. O, bu yay azad agent olacaq.

Müllər cari Bundesliqa mövsümündə 26 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button