Müller karyerasını bitirməyə hazırlaşır
“Bayern”in hücumçusu Tomas Müller peşəkar futbolçu karyerasını başa vurmağa yaxındır.
Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu 2025-ci ilin yayında, “Bayern”lə hazırkı müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirməyi planlaşdırır. Lakin “Bayern” Müllerə uyğun mövqe təklif edərək, onu klubda saxlamağa çalışacaq.
34 yaşlı hücumçu 2009-cu ildən “Bayern”də çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin