Müllerlə yeni müqavilə imzalanacaq
“Bayern”in prezidenti Uli Hönes Münhen komandanın hücumçusu Tomas Müllerin klubu ilə yeni müqavilə imzalayacağını bildirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçunun Bundesliqa klubu ilə müqaviləsini 2025-ci ilə qədər uzadacağı bildirilir. Müllerin klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.
Müller bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin