
Müller MLS klubunun təklifinə “yox” deyib
Tomas Müller mövsümün sonunda “Bayern”i tərk edəcək.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçuya ABŞ-ın MLS çempionatında çıxış edən “Sinsinnati” klubundan transfer təklifi gəlib. Ancaq Müller bu təklifi rədd edib.
“Bayern” rəhbərliyi Müllerlə müqaviləni yeniləməmə qərarı verib və yayda o, azad agent statusu alacaq.
Almaniyalı forvard cari Bundesliqa mövsümündə 26 oyunda iştirak edib, 1 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin