Müller müqaviləsini uzatmağa hazırdır – Amma bir şərtlə
Hücumçu Tomas Müller “Bayern” rəhbərliyi ilə müqaviləsinin uzadılması ilə bağlı danışıqlar aparır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu maaşının eyni səviyyədə qalacağı təqdirdə yeni müqavilə imzalamağa hazır olduğunu bildirib.
34 yaşlı hücumçu karyerası ərzində “Bayern”də çıxış edib. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.
Müller bu mövsüm Bundesliqada 10 oyun keçirib, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin