
Müllerə MLS-dən təklif var
Tomas Müller karyerasını Şimali Amerikada davam etdirə bilər.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu yayda azad agent kimi “Bayern”dən ayrılacaq. Tərəflər hələlik bu məsələ ilə bağlı yekun qərarın verildiyini təsdiqləməyiblər. Ancaq almaniyalı futbolçuya artıq MLS-dən təklif gəlib.
Müllerin keçən il oyun praktikasının olmaması səbəbindən “Bayern”i tərk etməyi düşündüyü deyilir. Ona Səudiyyə Ərəbistanından da təklif gəlib.
Müller cari Bundesliqa mövsümündə 23 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin