
Müller tələsmir
“Bayern”in hücumçusu Tomas Müller MLS-ə (ABŞ) potensial transferi haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, transferdən əvvəl hər şeyi nəzərdən keçirməli olduğunu söyləyib:
“Karyeramı MLS klublarından birində davam etdirmək ehtimalı var. Amma bundan əvvəl hər şeyi diqqətlə nəzərdən keçirməliyəm. Hazırda bütün diqqətimi Klublararası dünya çempionatına yönəltmişəm. Danışıqların getdiyini istisna etmirəm, amma mənim üçün hazırda turnir prioritetdir. Tələsmirəm”.
35 yaşlı forvard 2009-cu ildən Münhen kıubunda çıxış edir. O, Klublararası dünya çempionatı başa çatdıqdan sonra “Bayern”i tərk edəcək. Müller komandada oyunların sayına görə rekordçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin