
Müller açıqladı: “Bayern”lə yeni müqavilə bağlamaq fikri yoxdur
“Bayern”in hücumçusu Tomas Müller Münhen klubu ilə müqavilənin mümkün uzadılması ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, jurnalistin sualına belə cavab verib:
“Sən bilmirsənsə, mən hardan biləcəm (gülür)? Deyəsən, davam etmək niyyətində deyiləm (gülür)”.
Müllerin klubla müqaviləsi mövsümün sonunda başa çatır. 35 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin