Mükafat alarkən ədəbsiz jest edən qapıçıdan açıqlama
Argentina millisinin qapıçısı Emiliano Martinez dünya çempionatında “qızıl əlcək” mükafatının təqdimatı zamanı etdiyi ədəbsiz jestinə aydınlıq gətirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu final matçında fransalı azarkeşlərdən intiqam alması kimi izah edib:
“Fransızlar məni fitə basırdı. Mən də, mükafat alanda onlara qarşı bunu etdim. Təkəbbürlü insan deyiləm”.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin