Müharibə edən Putin “Spartak”ı unutmadı

Rusiya prezidenti Vladimir Putin “Spartak” futbol klubunun yaradılmasının 100 illiyi münasibətiylə klubun rəhbərliyini, kollektivini və azarkeşlərini təbrik edib.

Komanda.az TASS-a istinadən xəbər verir ki, Putinin təbrik teleqramı bu gün yayımlanıb:

“Rusiyanın ən məşhur və titullu klublarından birinin tarixi futbolun inkişafı və onun populyarlığının artması, ölkəmizdə kütləvi bədən tərbiyəsi hərəkatının formalaşması ilə möhkəm bağlıdır. Dünya futbolunda çoxlu parlaq qələbələr və rekordlar var. Bu nailiyyətlər bizim ümumi qürurumuz və milli sərvətimizdir”.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button