“Çelsi”nin futbolçusu 4 illik cəza ala bilər
“Çelsi”də çıxış edən yarımmüdafiəçi Mixail Mudrikin dopinq testi müsbət çıxıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı futbolçunun qanında qadağan olunmuş dərman tapılıb.
Yaxın vaxtlarda “B” nümunəsi açılacaq. Müsbət nəticə çıxarsa, 23 yaşlı oyunçu 4 il müddətinə diskvalifikasiya ilə üzləşəcək.
Mudrik London komandasının sıralarına 2023-cü ilin yanvarında qoşulub. O, bu mövsüm 15 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun “Çelsi” ilə müqaviləsi 2031-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin