Mudrik xoşbəxtdir

“Çelsi”nin yeni transferi Mixail Mudrik klubla bağlı ilkin təəssüratlarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yeni komanda yoldaşları və baş məşqçi Qrem Potter haqda danışıb:

“Çelsi” ilə müqavilə imzaladığım üçün xoşbəxtəm. İngiltərə Premyer Liqası çox güclü liqadır. “Çelsi” böyük klubdur. London təmsilçisinə keçidim karyeramda uğurlu göstərici sayıla bilər.

Yeni komanda yoldaşlarımla meydana çıxmaq, baş məşqçi Qrem Potterin rəhbərliyi altında oynamaq və öyrənmək üçün səbirsizlənirəm”.

“Zadəganlar” 22 yaşlı oyunçu üçün “Şaxtyor”a (Donetsk) 100 milyon avro ödəyib. Mixail Mudrikin adı “Arsenal”la hallanırdı. “Topçular” yarımmüdafiəçi üçün “Şaxtyor”a bir neçə təklif göndərsə də, “yox” cavabı almışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button