“Mudrik çox əsəbidir” – Millinin baş məşqçisi
Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov “Çelsi”nin yarımmüdafiəçisi Mixail Mudrikin dopinq testinin müsbət çıxmasına münasibət bildirib.
Komanda.az “ua.tribuna.com”-a istinadən xəbər verir ki, ukraynalı çalışdırıcı, Mudrikə səbr arzuladığını deyib:
“Bizim üçün hər bir oyunçu çox vacibdir. Mudrik çox əsəbidir. Ona dəstək olacaq və onun üçün mübarizə aparacağıq. Mudrikə səbr arzulayıram”.
Daha əvvəl Mudrikin 4 il müddətinə diskvalifikasiya oluna biləcəyi bildirilirdi.
23 yaşlı oyunçu London komandasına ötən ilin yanvarında qoşulub. Onun İngiltərə klubu ilə 2031-ci ilin iyunun sonuna kimi müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin