İngiltərəli futbolçu tənqid olundu: “Müdafiədəki oyunu ürək bulandırırdı”
“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill İngiltərə Premyer Liqasının 30-cu turunun “Liverpul” – “Arsenal” (2:2) qarşılaşması haqda fikir bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, “Liverpul”un ingiltərəli müdafiəçisi Trent Aleksandr-Arnoldun oyununu dəyərləndirib:
“Hücumların qurulmasında əla çıxış edirdi. Amma müdafiədəki oyunu ürək bulandırırdı. Bəzi epizodlarda mövqe seçimi onu məktəbliyə bənzədirdi”.
Arnold cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 38 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Liverpul” hazırda İngiltərə çempionatının turnir cədvəlində 44 xalla səkkizinci, “topçular” isə 73 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin