“Mən məyus oldum” – “Milan”ın baş məşqçisi

“Milan”ın baş məşqçisi Paulo Fonseka komandasının A Seriyasının 2-ci turunda “Parma”ya məğlubiyyətini (1:2) şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandanın müdafiə ilə bağlı problem yaşadığını bildirib:

“Mən məyus oldum. Müdafiədəki uğursuzluğumuzu izah etmək çətindir. Göründüyü kimi, müdafiə ilə bağlı problemlərimiz var. “Parma” üçün hücum etmək çox asan idi. Mən təkcə müdafiəçilərimizin hərəkətlərini demirəm, biz bütün komandanın topsuz oyunundan, müdafiədə kollektiv və fərdi oyundan danışırıq. Mən məsuliyyəti öz üzərimə götürürəm, amma etiraf etməliyik ki, müdafiədə problemlər var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button