“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 93:73 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Bildiyiniz kimi, dizimdə problem yarandığından bir müddət həkim nəzarətində olmalı idim. Lakin indi hər şey yaxşıdır. Bir neçə yaxşı məşq keçirdik. Mənim üçün əsas qələbə yox, bu qələbəni necə əldə etməyimizdir. Bu gün komandanın oyununda sistem hiss olunurdu. Müdafiədə aqressiv, hücumda məhsuldar idik. Artıq zədəlilərimiz də qayıdıb. Düşünürəm ki, pley-off da yaxşı şanslarımız var”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin