
“Bizim üçün asan olmayacaq” – Millinin baş məşqçisi
İspaniya milli komandasının baş məşqçisi Luis de la Fuente AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Şotlandiya ilə matçını (0:2) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nəticənin planlarına təsir etmədiyini bildirib:
“Qeydə alınan hesab planlarımızı dəyişmir. Biz meydana çıxdığımız hər matçda qalib gəlmək istəyirik. Öncədən qrupdakı digər komandalarla mübarizənin çətin olacağını bilirdik. Bizim üçün asan olmayacaq”.
İspaniya millisi hazırda A qrupunda 3 xalla ikinci, Şotlandiya isə 6 xalla birincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin