Sabiq oyunçular müasir futbolçuları tənqid etdilər

Keçmiş futbolçular Rafael van der Vart və Uesli Sneyder müasir oyunçuların gərgin iş qrafiki ilə bağlı şikayətlərini başa düşmürlər.

Son illərdə oyunçular və məşqçilər sıx təqvimin oyunun keyfiyyətinə və zədələrin sayına mənfi təsirindən getdikcə daha çox danışırlar.

Komanda.az “TheEuropeanLad”-a istinadən xəbər verir ki, tanınmış sabiq yarımmüdafiəçilər bu barədə fikirlərini bölüşüblər.

Van der Vart futbolçuların cədvəldən şikayət etməsindən çox yorulduğunu bildirib:

“Futbolçuların cədvəldən şikayət etməsindən çox yoruldum. Bu, ola biləcək ən böyük cəfəngiyatdır. Biz də çoxlu matçlar keçirdik. Bəlkə də, bir az daha çox oynayırlar, amma on qat daha böyük heyətə malikdirlər”.

Sneyder də oxşar fikir səsləndirib:

“Mən həftədə üç oyuna üstünlük verirəm: məşq yox, sadəcə səbirsizliklə gözlədiyiniz matçlar. Bu, gözəldir. Bilmirəm niyə şikayət edirlər. Bu, mənim ən çox bəyəndiyim cədvəl idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button