
“Mançester Siti” yetirməsini geri qaytarır
“Mançester Siti” yeni futbolçu transfer edir.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, “şəhərlilər” yetirməsi olan qapıçı Ceyms Traffordu “Bernli”dən geri almağa qərar verib.
“Mançester Siti” 2023-cü ilin yayında Traffordu “Bernli”yə 14 milyon funt sterlinqə satmışdı. İndi isə onu 27 milyon funt sterlinqə (təxminən 31 milyon avro) alırlar.
22 yaşlı qolkiper beş mövsümlük müqavilə imzalayacaq və onun müddətini daha bir il uzatmaq imkanı olacaq. Amma əvvəlcə o, tibbi müayinədən keçməlidir ki, onun da əsas hissəsi gələn həftənin birinci gününə planlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin