MS-nin yarımfinaldakı rəqibi bəlli oldu
Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 görüş baş tutub.
“Uotford” “Kristal Pelas”la ev oyunundan qalib ayrılaraq, ilk yarımfinalçı olub. Səfərdə “Suonsi Siti” ilə qarşılaşan “Mançester Siti” də növbəti mərhələyə yüksəlib. Amma “Vulverhempton”la üz-üzə gələn “Mançester Yunayted” məğlubiyyətlə üzləşib və mübarizəni dayandırıb.
Sonuncu yarımfinalçının adına “Milluol” – “Brayton” matçında aydınlıq gəlib. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabıyla bitib. Əlavə vaxtda da hesabda dəyişiklik olmayıb. Bu üzdən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq oynayan “Brayton” növbəti mərhələyə yüksəlib.
Beləliklə, Federasiya kubokunun yarımfinalında “Uotford” “Vulverhempton”la, “Mançester Siti” “Brayton”la qarşılaşacaq. Yarımfinal görüşləri aprelin 6-7-də baş tutacaq.
İngiltərə Federasiya Kuboku, 1/4 final
16 mart
Uotford – Kristal Pelas 2:1
Suonsi Siti – Mançester Siti 2:3
Vulverhempton – Mançester Yunayted 2:1
17 mart
Milluol – Brayton 2:2 (penaltilər 4:5)
Bizi Facebook-da izləyin