MS uduzdu, “Liverpul” daha bir rekorda imza atdı

Futbol üzrə İngiltərə Premyer Liqasında 25-ci turun qapanış və mərkəzi matçında “Mançester Siti” səfərdə “Tottenhem”ə 0:2 hesabıyla məğlub oldu.

Komanda.az xəbər verir ki, son İngiltərə çempionunun bu məğlubiyyəti hazırda Premyer Liqanın lideri olan “Liverpul”un daha bir rekord müəyyənləşdirməsinə səbəb oldu.

Belə ki, hesabat turunda doğma meydanda “Sauthempton”u 4:0 hesabıyla məğlub edən “qırmızılar” artıq əsas izləyicisindən – “Mançester Siti”dən 22 xal (!) öndədi. Bu isə Premyer Liqa tarixində yeni rekorddu. İndiyə qədər bu çempionatda lider komanda heç vaxt əsas rəqibləri ilə bu qədər xal fərqi yarada bilməmişdi.

“Liverpul” geridə qalan 25 turda 24 qələbə qazanıb, cəmi bir oyunda meydanı heç-heçə ilə tərk edib. “Qırmızılar” 73 xalla zirvədə qərarlaşıbsa, MS cəmi 51 xal toplaya bilib. “Liverpul” nəinki İngiltərədə, həm də böyük beşlik ölkələri arasında mövsümə ən yaxşı başlanğıc verən komanda kimi tarixə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button