MS Sterlinqi 25 milyon avroya satmaq istəmədi
“Mançester Siti” hücumçusu Rahim Sterlinqi “Çelsi”yə satmaqdan imtina edib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Siti” 27 yaşlı ingilis üçün təklif olunan məbləğlə kifayətlənməyib. Belə ki, London klubu Sterlinq üçün 25 milyon avro təklif edib. Mançester klubu futbolçu üçün 55-60 milyon avro tələb edir.
Sterlinq ötən mövsüm “Mançester Siti”nin heyətində 47 oyuna çıxıb, 17 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin